!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan kinosunun GERÇƏK MOGİKANI: “Pafosdan uzaq bir üslub yaratdı və çox sevildi”

!Reklam – Yazi

“Nəsimi” filmində hər dəfə çəkiliş meydançasına gələndə, alnımdan öpüb sonra çəkilişə başlayırdı”.

Bu sözləri Azərbaycan kinosuna “Nəsimi”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Telefonçu qız”, “Uzaq sahillərdə” və daha neçə-neçə gözəl filmlər bəxş edən məşhur rejissor Həsən Seyidbəylinin doğum günü ilə bağlı təəssüratlarını bölüşən Xalq artisti, tanınmış aktrisa Xalidə Quliyeva Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti elə bir usta rejissorun filmlərində çəkildiyi üçün özünü şanslı aktrisa saydığını bildirib:

“Fəxr edirik ki, Azərbaycanda belə bir rejissorumuz olub. O dövrdə hansısa film ekranlara çıxanda, hamı soruşurdu ki, bu filmi Həsən Seyidbəyli çəkib? Elə bilirdilər, milli kinomuzda yalnız Həsən Seyidbəyli var. Yəni filmləri ilə xalqın böyük sevgisini qazanmışdı.

O, Azərbaycan kinosunda pafosdan uzaq bir kino üslubu yaratdı və çox sevildi. Sənətini sevdiyi üçün sevdirə də bildi. Həsən müəllimin filmlərində əsas qəhrəmanlar qadınlardır. Cəmiyyətdə qadının rolunu önə çəkmək onun filmlərində ana xətt kimi keçir.

Başqa heç kimin filmlərində o məqamı bu qədər qabarıq görmürük. Bu məqam onun ailəsinə olan sevgisindən irəli gəlirdi, öz həqiqətini çəkib ortaya qoyub. Yaradıcı insan öz həqiqətini çəkə bilmirsə, o əsər süni alınacaq. Bütün peşə sahiblərinə aiddir. Qadın varlığı, ana, qız, övlad Seyidbəyli üçün böyük dəyər daşıyırdı. Əxlaqi dəyərləri də çox yüksək olan bir şəxsiyyət idi Həsən Seyidbəyli.

“Nəsimi” filmində hər dəfə çəkiliş meydançasına gələndə, alnımdan öpüb sonra çəkilişə başlayırdı. Ondan əsl ata nəvazişi görürdüm. “Xoşbəxtlik qayğıları” filminin ssenarisini özü yazıb özü çəkmişdi. Orada canlandırdığım obrazın adını da Xalidə qoydu. O vaxtlar bunu elə də dərindən dərk etmirdim. Amma nə qədər şanslı olduğumu indi-indi anlayıram. Onun təcrübəsindən bəhrələndiyim üçün çox şanslıyam”.

Cəvahir

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv