!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan kişilərindən müraciət: “Zorakılığı dayandırın” - FOTO / VİDEO

!Reklam – Yazi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə orijinal layihə icra edir. Layihə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması Komitəsi tərəfindən Azərbaycan hökumətinə verilən tövsiyələrə istinadən hazırlanıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi cəmiyyətdə olan ağrılı problemlərlə daim diqqət yetirməklə yanaşı, dövlət tərəfindən qəbul edilmiş qərarlarının icrasına dəstək xarakterli layihələrin icrasına üstünlük verir.

Budəfəki ““Labirintdən çıxış 2” – kişilər zorakılığa qarşı!” adlı layihənin məqsədi gender əsaslı zorakılıqla mübarizəyə gənc kişilərin cəlb edilərək təlimlənməsi və onların cəmiyyətə təqdimatıdır. Layihənin müddəti 2 aydır. Sentyabr ayında başlayan layihə çərçivəsində 15 nəfərə təlim keçirilir.

Təlimin sonunda iştirakçı olan gənc kişilərin qadınlara qarşı zorakılığa son verilməsiylə bağlı videoçağırışlarının yer aldığı sosial çarx hazırlanıb.

Videoçağırışda iştirakçılar kişilərə xitab edərək “Zorakılıq yoluxucu xəstəlikdir, qarşısını almasaq, yayılacaq”, “Zorakılıq zülmətdir, zülməti seçmə”, “Zorakılıq güc deyil, gücsüzlüyün əlamətidir”, “Zorakılıq sayəsində kim olduğumuzu unuduruq”, “Biz zorakılığa qarşı səsi olmayanların səsiyik”, “Sən də bizə qoşul, zorakılığa qarşı çıxmaq heç zaman gec deyil” mesajları veriblər.

Layihədə ən diqqəti çəlb edən məqamlardan biri də “Zorakılığı dayandırın” adlı mahnı və ona çəkilən klipin təqdimatı olb. Layihədə bu məqsədlə vəsait nəzərdə tutulmasa da, “Təmiz dünya” öz vəsaiti hesabına mahnı və klipi ərsəyə gətirib. Mahnının ifaçısı gənc müğənni və təşkilatın aksiyalarında yaxından iştirak edən Müşfiq Hümmətlidir.

Məlumat üçün bildirək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bundan əvvəl “Labirintdən çıxış- travma psixoloqlarının hazırlanması” layihəsini sona çatdırıb. Psixologiya ixtisası üzrə sonuncu kursda təhsil alan tələbələr layihəyə cəlb edilib. Layihə çərçivəsində uşaqlara və 18 yaşdan yuxarı şəxslərə yardım göstərəcək travma psixoloqları hazırlanıb. Layihənin sonunda iştirakçılara sertifikat təqdim edilib. Layihənin nəticəsi olaraq, təlim keçmiş mütəxəssislərlə bağlı məlumatlar DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, ƏSSMN yanında Sosial Xidmət Agentliyinə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinə, həssas qruplarla işləyən QHT və ərazi üzrə İcra Hakimiyyətinə göndərilib.

Xatırladaq ki, ikinci layihənin iştirakçıları ilə bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim ediləcək. Komitənin öz tədbirlərinə təlimdən keçən bu şəxsləri cəlb etməsi nəzərdə tutulur

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv