!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan klubundan ŞOK AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

Hadisə II Liqanın “Göygöl – “Şəki Siti” qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirilən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi olan komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları “fit sahibləri”nə təzyiq göstəriblər.

Döyüləcəklərindən qorxan “ədalət təmsilçiləri” final fitini səsləndirmədən hakimlər otağının yolunu tutub.

“Göygöl” hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Oktyabrın 31-də “Göygöl” FK və “Şəki Siti” FK arasında II Liqanın IX turu çərçivəsində keçirilən oyunda xoşagəlməz hadisələr yaşanıb və klubumuz bundan zərər çəkib.

Buna etiraz etdiyimizi bəyan edir, baş verənlərin araşdırılaraq doğru qərarlar veriləcəyinə inamımızı bildiririk.

Qarşılaşmanın 80-ci dəqiqəsində hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib.

O, meydançanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançının şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib.
Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Ardından hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb.

Ədalət təmsilçisinin qeyri-adekvat hərəkətləri, oyunu yanlış idarə etməsi, daha doğrusu, idarə edə bilməməsi, kobud səhvlərə yol verməsi, öz səriştəsizliyi səbəbindən oyunu yarıda buraxmasını nəzərə alaraq, bu şəxsin cəzalanması və matçın yenidən təşkil olunmasının vacibliyini qeyd edir, bununla bağlı açıq ictimai müraciətimizi bildiririk. Məsələ ilə bağlı AFFA-ya rəsmi yazılı müraciət də ediləcək.

Onu da qeyd edək ki, oyunun əvvəlki dəqiqələrində də hakimin qərəzli qərarlar verməsinin şahidi olurduq.

Onun matçda sarı və qırmızı vərəqələrdən yanlış və qərəzli şəkildə istifadəsindən və vəzifə səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikasının sərhədləri çərçivəsində qadağan edilən mərc platformaları ilə əməkdaşlıq çərçivəsində qeyri-qanuni gəlir əldə etməsindən də şübhələnirik.

Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan belə halların yolverilməz olduğunu, məsələnin AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edir, ədalətli qərar verəcəyinə inamımızı bildiririk.

“Göygöl” Futbol Klubu daim ədalət tərəfdarı olub, atdığı bütün addımlar zamanı ilk öncə dürüstlük, idman prinsipləri, layiqli oyun nümayiş etdirilməsini istəyib.

Futbolçularımızın bundan öncəki matçlarda da qırmızı vərəqələr aldığı məqamlar olub, bunu təbii qiymətləndirərək heç bir etiraz etməmişik.

Lakin qərəzli halların ardıcıl baş verməsinin üzücü bir tendensiyaya çevrilməsi bizi narahat edir. Məsələ ilə bağlı videofaktlar klubumuz tərəfindən aidiyyəti üzrə təqdim etmək üçün hazırdır.

Sonda heç bir zaman adı qalmaqallarda, hakimlər və ya rəqiblərlə problemlərdə hallanmayan klubumuzun öz şərəfli yolunu əvvəlki kimi davam etdirəcəyini bir daha bildiririk”.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv