!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan klubunun oyunu hava şəraitinə görə yarımçıq dayandırıldı

!Reklam – Yazi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Şamaxı”nın Rumıniyanın “Botoşani” komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb.

Klubun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.

Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.

Beləlik, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb – 1:0.

Qeyd edək ki, “Şamaxı” günün ilk matçında Qazaxıstan “Kaysar”ı ilə qolsuz heç-heçə edib.

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv