!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan komandaları BAŞABAŞ MÜBARİZƏDƏ: “Bizi çətin matç gözləyir” - PROQNOZ

!Reklam – Yazi

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Sabah”, “Neftçi” və “Qəbələ” bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Bu axşam baş tutacaq qarşılaşmaları dəyərləndirən idman jurnalisti Ceyhun Rzayev Yenicag.az-a açıqlamasında “Neftçi” və “Sabah”a nisbətən “Qəbələ”nin mərhələni adlamaq şansının az olduğunu bildirib:

“Neftçi” “Jelezniçar”dan üstün komandadır. Bakı təmsilçisi ilk oyunda da sərfəli nəticə əldə etdi. Ona görə də “Neftçi”nin mərhələni keçəcəyinə şübhə etmirəm. Bu görüşə maraq da böyükdür. Demək olar ki, biletlər tükənib. Qarşılaşmanın keçiriləcəyi 8-ci km stadionunda azarkeşlərin çılğın dəstəyi də komandaya əlavə güc qatacaq.

“Sabah” ilk oyunda sərfəli nəticə qazandı. Ancaq etiraf edək ki, bir az bəxtimiz də gətirdi. Çünki Latviyanın “RFŞ” klubu heç də pis oyun nümayiş etdirməmişdi. Rəqibin ilk oyunda çoxsaylı qol imkanları var idi. Məhz iki top fərqilə qələbə qazandığı üçün “Sabah”ın mərhələni keçəcəyini düşünürəm.

“Qəbələ”, əfsuslar olsun ki, ilk oyunda məğlub oldu. Açıq etiraf edək ki, Kipr təmsilçisi “Omoniya” daha səviyyəli komandadır. Amma “Qəbələ” də ilk qarşılaşmada öz ənənəsinə sadiq qalaraq açıq, başabaş futbol oynadı. İlk hissədə komandamız rəqibindən üstün idi. Lakin 90 dəqiqənin tamamında matç 3:2 “Omoniya”nın qələbəsi ilə başa çatdı. Ona görə də Kipr komandasının bu mərhələni keçmə şansının daha çox olduğunu düşünürəm. İstənilən halda “Qəbələ” üçün 1% belə ehtimal varsa komanda bundan yararlanmalıdır”.

Qeyd edək ki, “Sabah” ilk görüşdə Latviyanın “RFŞ” komandasına 2:0 hesabı ilə qalib gəlib. Azərbaycanın digər Avrokubok təmsilçilərindən “Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) ilə 2-2, “Qəbələ” isə “Omoniya”ya (Kipr) 2-3 hesabı ilə məğlub olub.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

3 avqust

20:00 – “Sabah” (Azərbaycan) – RFŞ (Latviya)

Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun – 2:0
“Bank Respublika Arena”

21:00 – “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina)

Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun – 2:2
8-ci km stadionu

21:00 –  “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun – 3:2
Nikosiya, “GSP Arena”

Sadiq Cavadov

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv