!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan könüllüləri Qəhrəmanmaraşda - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışı ilə ötən həftə Azərbaycandan qardaş Türkiyəyə yollanan 100 nəfər Azərbaycanın könüllü gəncləri hadisə yerinə çatan kimi təbii fəlakətdən zərərçəkənlər üçün könüllü olaraq müxtəlif xidmətləri həyata keçirməyə başlayıblar. 

Yenicag.az xəbər verir ki. könüllülərimiz təbii fəlakət nəticəsində zərərçəkən əhali üçün çadır şəhərciyinin salınmasında, evləri dağılmış insanların yemək və tibbi ləvazimatla təmin edilməsində, habelə Türkiyə Gənclər Fondu ilə Azərbaycan Gənclər Fondunun Qəhrəmanmaraşın mərkəzində yerləşən qərargah ərazisində humanitar yardımların qəbul edilərək çeşidlənməsində fəal iştirak ediblər. Bununla yanaşı, tibb təhsili olan könüllülərimiz tərəfindən yerli əhaliyə ilkin tibbi yardımın göstərilməsi və daha sonra peşəkar həkimlərə yönləndirilməsi, eləcə də uşaqlara psixoloji dəstək xidmətləri təşkil olunub.

Qeyd edək ki, Türkiyənin rəsmi şəxsləri və xalqı Azərbaycan könüllülərinin qardaş köməyinə gəlməsini çox yüksək qiymətləndirib, könüllülərimizi görən yerli sakinlər onları emosional şəkildə sevinc göz yaşları ilə qarşılayıblar.

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv