!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Kralın tacqoyma mərasimində təmsil olundu – FOTO

!Reklam – Yazi

Mayın 6-da Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildiriblər ki, Londonun Vestminster Abbatlığında baş tutan mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Qeyd edək ki, mərasimdə bir çox dövlət və hökumət başçıları da daxil olmaqla, iki mindən çox qonaq iştirak edib.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv