!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Kuboku: “Neftçi” bu gün “Qarabağ”ı qəbul edəcək

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Yenicag.az xəbər verir ki, ilk olaraq “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

“Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.

“Köhlən atlar” ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, “Neftçi” isə axırıncı 3 oyunda qol vurmayıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” – “Qəbələ” dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

www.yenicag.az

104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv