!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Kuboku: “Qarabağ” yarımfinala yüksəldi

!Reklam – Yazi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, “Qarabağ” isə ilk oyunda darmadağın etdiyi (7:1) “Sabah”ı qəbul edib. Görüş “Sabah” 4:3 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsində görə “Qarabağ” yarımfinala yüksəlib. Ağdam təmsilçisi bu mərhələdə “Neftçi” – “Sumqayıt” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.

8 fevral

20:00. “Qarabağ” – “Sabah” – 3:4

Qollar: Hamidu Keyta, 30, Adama Diakabi, 61, Maruan Hadudi, 74-avtoqol – Kristian Da Silva 5, Jarl Marqarita, 27, İshak Belfodil, 58, 69-pen.

Qırmızı vərəqə: Riçard Almeyda, 76 (“Qarabağ”)

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

İlk oyun – 7:1.

 

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv