!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan kubokunun FİNALI: Qalib bəlli oldu - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Kubokunun qalibi bəlli olub.

Həlledici matç Qəbələ şəhər stadionunda keçirilib.

“Qarabağ”la “Zirə”nin qarşılaşması gərgin mübarizə ilə yadda qalıb.

Hər iki komanda 90 dəqiqə ərzində bir dəfə fərqləniblər. Əlavə vaxtda isə qol olmayıb.

Belə olan halda qalibi müəyyən etmək üçün “lotereya”ya – penalti zərbələrinə ehtiyac yaranıb.

Bu zaman daha dəqiq oynayan “Qarabağ” yekunda kuboka sahib çıxıb.

***

“Qarabağın” hücumçusu Abdullah Zubir 69-cu dəqiqə matçda hesabı bərabərləşdirib – 1-1.

***

Qəbələ şəhərində keçirilən matçda “Zirə” hesabı açıb. Hamidu Keyta 17-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.

***

Azərbaycan Kubokunun final görüşü olan “Qarabağ” – “Zirə” oyununun start heyətləri açıqlanıb.

Heyətləri təqdim edirik:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədəvi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Rişard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı

Baş məşqçi: Qurban Qurbanov

“Zirə”: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkovi, 44. Dimitrios Çantakias, 26. Nemanya Ancelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Məhəmməd Hamdaui, 9. Loris Bronyo, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev
Baş məşqçi: Rəşad Sadıqov

***

Bu gün Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçiriləcək.

Sfera.az xəbər verir ki, bununla da Azərbaycan futbolunda mövsüm başa çatacaq.

Sayca 30-cu finalda “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Qəbələdə keçiriləcək matçda Premyer Liqanın çempionu “Qarabağ” “Qızıl dubl”unu rəsmiləşdirmək üçün rəqibini məğlub etməlidir.

Qurban Qurbanovun yetirmələri klub tarixində 7-ci kuboku qazanmaqla rekorda imza atmaq arzusundadır.

Çempionatı bürünc medalla başa vurmuş “Zirə” isə ilk titulunu əldə etməyə çalışacaq. Rəşad Sadıqovun yetirmələri bunun üçün “Qarabağ” sindromunu qıraraq ilk dəfə qalib gəlməlidir. Bu kubok Sadıqovun məşqçilik karyerasına ilk titul kimi düşə bilər.

Azərbaycan Kuboku

Final

27 may 19:00

“Qarabağ” – “Zirə”

Baş hakim: Elçin Məsiyev

Qəbələ şəhər stadionu

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv