Azərbaycan – Macarıstan matçına 7500-dən çox bilet satıldı

AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda “Bakcell Arena”da keçiriləcək Azərbaycan-Macarıstan matçına bilet satışı davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, oyun üçün satışa çıxarılan biletlərdən artıq 7 min 500-ü satılıb: “Hazırda bilet satışı davam etdirilir. Oyunla bağlı stadionda təşkilatçılıq və təhlükəsizlik tədbirləri yüksək səviyyədədir”.

Qeyd edək ki, Azərbaycan-Macarıstan matçı bu gün saat 20:00-da başlayacaq.