!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan maksimalist siyasəti real sahəyə gətirməlidir" - Partiya sədri

!Reklam – Yazi

“Hazırda imperiya iddiası ilə çıxış edən Putin tarixi torpaqlardan bəhs edib və onu əldə etmək istəyirsə, bu o deməkdir ki, bu məsələ postsovet ölkələrinin hər birinə şamil olunmalıdır”.

Bunu tarixi torpaqların gündəmə gəlməsi və prezident İlham Əliyevin dili ilə maksimalist siyasəti dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Azərbaycan maksimalist siyasəti real sahəyə gətirməlidir:

“Maksimalist siyasət Azərbaycanın haqqıdır. Yaxın dövr üçün bu siyasət hədəf kimi istifadə olunmalıdır. 2010-cu ildə Milli Məclisə seçiləndə birinci çıxışım Türkmənçay və Gülüstan müqavilələrinin qüvvədən düşməsinin tanınması haqqında olmuşdu. O vaxt mənə qəribə baxırdılar. Biz o məsələni qoymaqla İrəvan xanlığını gündəmə gətirirdik. 1975-ci il konvensiyasına görə işğaldan qurtulmuş dövlətlər işğala məruz qaldıqlarının təqiblərini daşımırlar. Bu elə bu günə də aid olmalıdır. Azərbaycan SSRİ tərəfindən işğal olunub. Zənguzurun Mehri hissəsi 1929-cu ildə Ermənistana verilib. İndiki dövrdə konflikt sönsün, düşmənçilik aradan qalxsın deyə bəzi məsələri gündəmə gətirmirik. Düşünürəm ki, biz tarixi torpaqları daim gündəmdə saxlamalıyıq.

Biz bunu bu gün ortaya atmaya bilərik, ancaq vaxtı, zamanı çatanda tarixi torpaqları əldə etmək üçün kərpicləri indidən qoymalıyıq. Qoyulan məsələ bugünkü günlük siyasətdə qarşı tərəfin etdiyi haqsızlıqlara, məsuliyyətdən qaçma cəhdlərinə yönəlməlidir. Orta müddətli siyasətdə isə Zəngəzurdan qaçqın düşmüş əhalinin geriyə qaytarılması olmalıdır. Uzun müddətli isə tarixi və coğrafi ərazilərimiz işğal olunub. Hesab edirəm ki, təzyiqlərə davam etməliyik. Maksimalist siyasəti həm günlük, həm orta, həm də uzun mənzilli istifadə etməliyik.

Hazırkı vizion doğrudur. Masada olanları sahəyə köçürmək lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv