Ölkədə ABŞ dollarına tələbatın artması bu valyutanın manata nisbətən bahalaşmasına yol açıb.
Yenicag.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov dolların bahalaşmasına təsir göstərən səbəblərə aydınlıq gətirib.
İqtisadçının sözlərinə görə, dolların kursunda müşahidə olunan artım tempi bir müddət sonra dayanacaq:
“Bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır. Bəzi banklarda son aylar ilk dəfə olaraq, 1 dolların alış kursu 1,7020 manatadək yüksəlib. Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artması gözlənilən idi.
Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır.
Dekabrda dollara tələbin artmasının davam edəcəyi gözlənilir. Növbəti aydan etibarən, tələb yenidən stabilləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.