!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan maşınlarını separatçı rejimin "polis"ləri yoxlayır - "Qarabağdakı təxribatların başında məhz Rusiya durur" - ŞƏRH

!Reklam – Yazi

“Rusiya öz mövcudluğunu qorumaq üçün bütün variantlardan istifadə edir”.

Bunu Qarabağda Rusiya sülhməramlılarının Azərbaycana məxsus maşın karvanını yoxlayan zaman separatçı rejimin polislərinin də bu işdə iştirak etməsi və bununla bağlı etirazdan sonra eyni halın təkrarlanmayacağı barədə verilən sözə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Qarabağdakı təxribatların başında məhz Rusiya durur:

“Bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi video yayanda məlum oldu ki, sülhməramlılarla birgə separatçı rejimin “polis”ləri də Azərbaycana məxsus maşın karvanını yoxlayıb. Bu Azərbaycanda çox ciddi narazılığa səbəb oldu. Hamımız buna etiraz edirdik. Bu bir daha onu göstərir ki, Rusiya ilə iş görmək çox çətindir.

Düşünürəm ki, Azərbaycan hakimiyyəti zamanını gözləyir. Həmin vaxt yetişəndə Azərbaycan öz ərazisində anti-terror əməliyyatı aparacaq, həmin silahlı ermənilərin hamısını cəzalandıracaq”.

Səxavət Məmməd

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv