!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan mədəniyyət incisini itirdi” - Rüstəm İbrahimbəyovla vida mərasimindən VİDEOREPORTAJ

!Reklam – Yazi

Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, dünya şöhrətli Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Rüstəm İbrəhimbəyovun oğlu Fuad İbrahimbəyov atasının cənazəsinin Azərbaycana gətirilərək Bakıda Fəxri xiyabanda dəfn olunmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Mədəniyyət xadimləri Rüstəm İbrahimbəyovla bağlı kədərini ifadə edib.

Xalq yazıçısı I Fəxri xiyabanda dəfn olunub.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-i Vətənə gətirilib.

Videonu təqdim edirik:

Cəvahir
İlahə

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv