!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan mediasına uzadılan “KƏNAR ƏLLƏR”: “Əksər ölkələrdə qəti şəkildə qadağan edilən...”

!Reklam – Yazi

“Vergidən yayınma halları və ölkəyə gizli yollarla maliyyə vəsaitlərinin keçirilməsi təbii olaraq cinayət məsuliyyəti yaradır”.

Bu fikirləri “Toplum Tv”nin fəaliyyəti ilə bağlı həyata keçirilən hüquqi tədbirlərin ölkənin mövcud qanunvericiliyə əsaslandığını bildirən siyasi şərhçi Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri bütün vətəndaşlar üçün məcburi xarakter daşıyır:

“Söz və fikir azadlığı məfhumu fundamental insan və hüquq azadlıqlarını vacib tərkib hissələrindən biridir. Ancaq söz və fikir azadlığı pərdəsi altında qanunsuz əməllərə qətiyyən yol verilməməlidir.

Bu və digər mənfi hallarla bağlı, xüsusilə, Gürcüstan vasitəsilə xarici donorlardan müxtəlif kart hesablarına mənbəyi bilinməyən vəsaitlərin göndərilməsinə yönəlik çoxsaylı faktlar aşkarlanıb və təhqiqat davam etdirilir.

Eyni zamanda, vergidən yayınma halları, həmçinin artıq qeyd etdiyimiz kimi, ölkəyə gizli yollarla maliyyə vəsaitlərinin keçirilməsi təbii olaraq cinayət məsuliyyəti yaradır.

Nəzərə alınmalı faktlardan biri də xarici donorlar vasitəsilə ölkə mediasının maliyyələşdirilməsinin qəbuledilməz olmasıdır. Bu da yalnız Azərbaycanda yox, dünyanın bir çox ölkələrində qəti şəkildə qadağandır. Belə fəaliyyətə görə müxtəlif ölkələrdə tətbiq edilən cəzalar da fərqlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv