Azərbaycan məhsulları Dubayda – Yenicag.Az

Reklam

Reklam

“Lulu” marketlər şəbəkəsinin Körfəz regionunda yerləşən bütün mağazalarında Azərbaycan məhsullarının satışının həyata keçirilməsi istiqamətində razılıq əldə olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində vahid “Made in Azerbaijan” ölkə stendi altında məhsullarını təqdim edən yerli şirkətlərimiz “Lulu” marketlər şəbəkəsinin rəhbərləri ilə görüşüblər. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların “Lulu” marketlər şəbəkəsində satışı barədə geniş fikir mübadiləsi aparılıb. Bu görüşün uğurlu nəticəsi olaraq “Lulu” marketlər şəbəkəsinin Körfəz regionunda yerləşən bütün mağazalarında Azərbaycan məhsullarının satışının həyata keçirilməsi istiqamətində razılıq əldə olunub.

Qeyd edək ki, “Lulu” marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 74
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."