!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan millisi Avropa çempionatında 1/4 finala yüksəldi

!Reklam – Yazi

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Yenicag.az xəbər verir ki, Bolqarıstanla qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Komandamızın heyətində 7-ci dəqiqədə Ramiz Çovdarov, 31-də Təmkin Xəlilzadə, 45-ci dəqiqədə isə Rəvan Kərimov fərqlənib. Rəqibin görüşdəki yeganə qolu isə 21-ci dəqiqədə Yavor Gençevdən gəlib.

Qeyd edək ki, Elşad Quliyevin komandasının 1/4 finaldakı rəqibi Qazaxıstan yığması olacaq.

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv