!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb

!Reklam – Yazi

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B liqasının 2-ci qrupunda son oyununu keçirib.

Yenicag.az – ın məlumatına görə, yığma Moldovadan olan həmyaşıdları ilə üz-üzə gəlib.

Bolqarıstanda keçirdiyi ilk iki görüşündə xal qazana bilməyən komandaların duelindən Azərbaycan yığması böyükhesablı qalibiyyətlə ayrılıb – 4:1. Komandamızın qollarına Ayşən Salamzadə (7-ci dəqiqə), Arzu Cəfərova (25), Vahidə Əlipaşayeva (63) və Xanım Əsədova (78) imza atıblar. Bununla yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk iki matçında Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olub.

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv