!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan millisi Avstriyaya uduzdu  - YENİLƏNDİ 3

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya seçməsini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə bitib – 1:0.

Rəqibin heyətində 48-ci dəqiqədə Marsel Sabitzer penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Avstriya final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması isə 6 matçdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb./Report/

***

48-ci dəqiqədə qonaqlar hesabı açıblar.R əqibin heyətində Marsel Sabitzer penaltidən fərqlənib.

***

Azərbaycan və Avstriya milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.

***

Bakıda AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Avstriya millilərinin heyətləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalayciç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

www.yenicag.az

1067
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv