!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəlilədi

!Reklam – Yazi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Yenicag.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1147 xalla 120-ci pillədə qərarlaşıb.

Azərbaycan millisi bu ay Avro-2024-ün seçmə mərhələsində Estoniyaya 2:0 hesabı ilə qalib gəlib, Avstriyaya 0:1 hesabı ilə uduzub.

İlk 3-lükdə dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pillədə (1851 xal) qərarlaşıb. Fransa 2-ci (1840), Braziliya 3-cü (1837) pillədə yer alıb.

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv