Azərbaycan millisi FİFA reytinqində irəliləyib

Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, cədvəldə dünyanın 161 yığması yer alıb.

Azərbaycan milli komandası 75-ci yerdə qərarlaşıb. Yığmanın hesabında 1345 xal var.

Komandamız sonuncu dəfə bu ilin iyulunda açıqlanan FİFA reytinqi ilə müqayisədə 1 pillə irəliləyib. Milli Qazaxıstanı arxada qoyub.

Qeyd edək ki, siyahıya ABŞ (2180), Almaniya (2064) və Hollandiya (2036) yığmaları başçılıq edir.