Azərbaycan millisi üçün Makedoniya sınağı

Futbol üzrə Azərbaycan milli komandası Makedoniya ilə yoxlama oyunu keçirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, martın 27-də Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.

Qeyd edək ki, yığmamız yanvarın 30-da Moldova ilə də yoxlama oyunu keçirəcək.