!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan millisinin baş məşqçisi: “Finala çıxmaq şansımız yüksəkdir”

!Reklam – Yazi

“Komanda yaxşı vəziyyətdədir. Oyunlara ciddi hazırlaşmışıq”.

Yenicag.az xəbər verir ki, bunu mini-futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev Slovakiyanın Koşitse şəhərində keçiriləcək Avropa çempionatı öncəsi Bakıdakı son məşq zamanı jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, qarşıda duran əsas məqsəd qrupdan çıxmaqdır: “Rəqiblər güclüdür, amma biz də zəif deyilik, sonadək vuruşacağıq. İddiamız böyükdür”.

O, komandasının potensialını yüksək qiymətləndirib: “Avropada ilk “5-liy”ə düşə biləcək kollektivimiz var. Çox güclü qrupda mübarizə aparacağıq. Qrup mərhələsiini yaxşı nəticələrlə adlaya bilsək, finala qədər irəliləmək şansımız yüksəkdir. Birinci və ya ikinci yerlə çıxsaq, güclülərlə ancaq yarımfinalda qarşılaşa bilərik”.

Quliyev iyunun 2-də Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcəklərini söyləyib: “Bir sınaq oyunumuz olacaq. Başqa sparrinq-rəqibmiz yoxdur. Pandemiyaya görə heç yerə gedə bilmədik. Bir yoxlama görüşü az olsa da, bundan lazımınca yararlanmaq istəyirik. Daha sonra Avropa çempionatının matçlarına hazırlaşacağıq. Yüksək səviyyədə oynaya bildiyimizi göstərmək niyyətindəyik”.

Baş məşqçi ötən mövsümün ikinci yarısını Region Liqasında “Araz-Naxçıvan”ın heyətində keçirmiş Orxan Əliyevi də milliyə çağırmaq istədiklərini, lakin son 6 ayda peşəkar futbol oynadığına götürə bilmədiklərini vurğulayıb: “Avropa çempionatında 2 “beşlik”lə oynamağı planlaşdırmışıq. Kimi istəyirdiksə, buradadır. Deməzdim ki, komandaya ancaq yaşlı futbolçular götürmək istəyirik. Sintez yaradaraq sürəti artırmağa çalışırıq. Götürdüyümüz futbolçular arasında Premyer Liqada sözlərini demiş oyunçular var”.

Qeyd edək ki, AVRO-2022-nin final mərhələsi 4 – 11 iyunda təşkil olunacaq. Azərbaycan yığması İspaniya, Rumıniya və Albaniya seçmələri ilə birlikdə B qrupunda çıxış edəcək. Kollektiv ilk oyununu iyunun 4-də 6 qat qitə çempionu Rumıniyaya qarşı keçirəcək. Komanda iyunun 2-də Koşitseyə yola düşəcək.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv