!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan millisinin futbolçusu Almaniyada qalmaqala səbəb oldu

!Reklam – Yazi

Almaniyanın “Ertsgebirge” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov qalmaqala səbəb olub.

Yenicag.az xəbər verir ki, 32 yaşlı hücumçu “Verder”ə 0:3 hesabı ilə uduzduqları XXXIII tur oyununda əvəzlənməsinə sərt etiraz edib.

73-cü dəqiqədə meydandan çıxan Nazarov söyüş söyməklə yanaşı, narazılığını qışqıraraq bildirib. O, ehtiyat oyunçular skamyasına zərbə endirib və su qutusunu təpiklə vurub.

Məsələ ilə bağlı qısa danışan forvard hər şeyin qaydasında olduğunu bildirib: “Bir dəqiqəlik əsəbiləşdim. Oynamağa davam etmək və komanda yoldaşlarıma köməklik göstərmək istəyirdim. Hesab 0:1 olanda hər zaman nə isə etmək mümkündür. Ancaq baş məşqçi Pavel Doçev hər şeyi mənə izah etdi və artıq hər şey yaxşıdır”.

Qeyd edək ki, 23 xalla 17-ci pillədə qərarlaşan “Ertsgebirge”nin aşağı liqaya düşəcəyi dəqiqləşib.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv