!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Moldova əməkdaşlığından gözləntilər: “Bu ölkə ilə mövcud potensialın genişləndirilməsi...” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan iqtisadi əməkdaşlığı aşağı səviyyədə olan ölkələrlə əlaqaləri gücləndirərək mövcud potensialı artırmaq niyyətindədir”.

Bu sözləri Azərbaycanla Moldovanın yeni iqtisadi əməkdaşlıq istiqamətlərini dəyərləndirən iqtisadi ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, adıçəkilən ölkə ilə enerji, kənd təsərrüfatı və investisiya lahiyələri üzrə də əməkdaşılıq etmək mümkündür.

“Hesab edirəm ki, Azərbaycanla Moldova arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi realdır. İstər enerji, istər investisiya layihələri, istərsə də kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi yönündən şərait mövcuddur. Bu baxımdan da iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin Səmərqənddə AYİB-nin rəhbərlər Şurasının iclasında görüşü baş tutub. Düşünürəm ki, bu görüş iki ölkə arasında olan iqtisadi əməkdaşlıq sahəsinə töhfə verəcək.

Həmçinin qeyd etmək istərdim ki, GUAM təşkilatında olan ölkələrə nəzər yetirsək, görərik ki, təşkilata üzv ölkələrdən biri olan məhz Moldovayla Azərbaycanın iqtisadi münasibətləri digərlərinə nisbətdə format və həcminə görə geridə qalır. Bu isə onu deməyə əsas verir ki, bu ölkə ilə mövcud potensialın genişləndirilməsinə önəm vermək lazımdır. Eyni zamanda qeyd etmək istərdim ki, bu ölkələr arasında bu görüş ilk deyil. Hətta bir neçə ay öncə iqtisadiyyat naziri Mikayıl Cabbarov sözügedən ölkənin rəsmiləri ilə görüş keçirmişdi. Görünür, Azərbaycan iqtisadi əməkdaşlığı aşağı səviyyədə olan ölkələrlə əlaqaləri gücləndirərək mövcud potensialı artırmaq niyyətindədir”.

Yusif Səmədzadə

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv