Ötən həftə ərzində (17-21 fevral) dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 0,874 ABŞ dolları və ya 1,45% artaraq orta hesabla 61,21 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 62,2 dollar təşkil edib, ən minimal göstərici isə 60,21 dollara bərabər olub.