Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 29-da 78,59 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 29-da 77,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 29-da 74,33 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 29-da 77,84 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

www.yenicag.az

7608
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100