Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,51 dollar/barrel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,11 dollar/barrel azdır.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 78,88 dollar/barrel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.