!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan neftinin qiyməti 128 dolları ötdü

!Reklam – Yazi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 128,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,5 dollar/barel çoxdur.

Bu barədə Yenicag.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 127,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,55 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,98 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 124,79 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,25 dollar/barel çoxdur.

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv