Azərbaycan neftinin qiyməti açıqlandı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,83 dollar/barrel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barrel çoxdur.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 14-də 73,07 dollar/barrel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barrel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 14-də 69,60 dollar/barrel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,03 dollar/barrel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 14-də 71,09 dollar/barrel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barrel çoxdur.

COP29