!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nəhənglərinin səhmlərinin SATIŞ BAZARI: “London, Nyu-York və başqa nüfuzlu birjalarda...”

!Reklam – Yazi

“Dövlətin iqtisadiyyatda rolunun azalması üçün ciddi özəlləşdirmə proqramına ehtiyacı var”.

Bu fikirləri Azərbaycanda SOCAR da daxil olmaqla, dövlətə məxsus böyük şirkətlərin səhmlərinin bir hissəsinin yerli və ya xarici investorlara satılması üçün ilin sonuna qədər təkliflərin hazırlanacağına dair məlumatı şərh edən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uzun müddət ölkədə böyük özəlləşdirmə proqramının qəbul olunması ilə bağlı müzakirələr aparılıb:

“Ölkədə mühüm dövlət müəssisələrinin böyük özəlləşdirilmə proqramının qəbul olunması ilə bağlı məsələ ətrafında uzun müddətdirr, müzakirələr gedirdi. Hətta İnvestisiya Holdinqinin yaradılması da buna hesablanmışdı. Prosesdə məlum oldu ki, bəzi dövlət müəssisələrinin, o cümlədən, SOCAR-ın qismən özəlləşdirilməsi ilə bağlı qərar verilə bilər.

Bu o deməkdir ki, həmin dövlət müəssisələrinin nəzarət səhm zərfi yenə də dövlətin əlində olacaq. Lakin səhmlərin bir hissəsi satışa çıxarıla bilər. Burada əsas problem ondan ibarətdir ki, investorları cəlb etmək, səhmlərin dəyərli olması üçün bu şirkətlərin London, Nyu-York, Tokia, Sinqapur kimi beynəlxalq birjalarda satılması mexanizmi hazırlanmalıdır.

Lakin bununla bağlı hələ ki məlumat yoxdur. Ölkə daxilində qiymətli kağızlar bazarı yoxdursa, qismən özəlləşdirmənin mümkün olması üçün xarici bazarlarda satışa çıxarılmalı və həmin şirkətlərin səhmlərinin dəyəri müəyyənləşdirilməlidir. Açığı, bunun mexanizminin necə olacağı tam aydın deyil.

Əgər səhm zərfi dövlətin əlində olacaqsa, onları səhmdar cəmiyyətə çevirmək, dəyərini müəyyənləşdirmək, buraxılan səhmlərin miqdarı, qiymətinin müəyyən olunması, bundan əlavə, səhmdarların özəlləşmə zamanı alacaqları səhmlərdən qazanacaqları dividendlərin nece hesablanacağı, hansı qaydalara uyğunlaşdırılacağı kimi suallar hələ ki açıq qalır.

Fikrimcə, seçilmiş bu istiqamət doğrudur. Dövlətin iqtisadiyyatda rolunu azaltmaq üçün ciddi özəlləşdirmə proqramlarına ehtiyac var. Bu, həm də Azərbaycana lazım olan vəsaitlərin təmin olunması üçün yaxşı gedişatdır. Ancaq dediyim kimi, bunun mexanizmləri ilə bağlı aydın təsəvvür hələ yoxdur”.

İsmayıl Bakuvi

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv