!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nümayəndə heyəti beynəlxalq foruma qatıldı

!Reklam – Yazi

Ötən günlərdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və qurum üzvləri Türkiyənin Antalya şəhərində keçirilən TEMET-2023 forumuna qatılıb.

Bu barədə təşkilatın nümayəndəsi Gülər Cəfərova məlumat verib.

Türkiyə ilə Avropa və Afrika ölkələri arasında sağlamlıq turizmi mobilliyinin təmini və bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə qurulmuş təşkilat olan TEMET-2023-də Gülər Cəfərova, cərrah mama-ginekoloq Ləman Əliyeva , professor, tibb elmləri üzrə fəlsəfə doktoru , cərrah mama-ginekoloq Əziz Rəfibəyli, klinik-psixoloq Nuriyyə Quliyeva və dietoloq Ülkər Müslümova iştirak edib.

Qeyd edək ki, foruma Türkiyə Ticarət Nazirliyinin rəsmiləri qatılıb, ölkədəki sağlıq turizmi və “Sağlıq vizası” ilə bağlı məlumat verilib.

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv