Azərbaycan nümayəndə heyəti İsrailə deyil, Ermənistana səs verdi – RƏZALƏT – Yenicag.Az

Reklam

Reklam

Bu gün İrəvanda 23 yaşa qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatı başlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan millisi bu yarışda iştirak etmir.

Lakin maraqlı bir nüans məlum olub. Qılıncoynatma üzrə Ermənistan milli komandasının baş məşqçisi Alik Navasardyanın sözlərinə görə, bu çempionatın harada keçiriləcəyi müəyyən olunarkən Azərbaycan öz səsini yarışın keçirilməsinə daha bir namizəd olan İsrailə deyil, Ermənistana verib.

“Biz bu imkanı çətinliklə qazanmışıq”, – Navasardyan “Ermənistan xəbərləri” portalına deyib. – 44 ölkədən 34-ü Ermənistanı dəstəklədi, digərləri İsrailə səs verdilər. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək”.

2018-ci ildə 23 yaşa qədər idmançılar arasında Avropa çempionatının keçiriləcəyi yerin müəyyənləşdiyi Avropa Qılıncoynatma Konfederasiyasının konqresi 2016-cı ilin may ayında Polşanın Torun şəhərində baş tutub. Məhz orada Azərbaycan Qılıncoynatma Federasiyasının təmsilçiləri, erməni məşqçiyə inansaq, İsrailə deyil, Ermənistana səs veriblər. Maraqlıdı, bəs Ermənistan nə vaxtsa Azərbaycanda yarışların keçirilməsinin lehinə səs veribmi? Axı Bakıda irimiqyaslı turnirlər İrəəvana nisbətən qat-qat çox keçirilir.

Misal üçün, 2012-ci ilin dekabr ayında Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında Birinci Avropa Oyunlarının harada keçiriləcəyi müəyyən edilirdi. Əvvəlcə Ermənistan yarışların Azərbaycanda keçirilməsinə etiraz edirdi, lakin sonradan bunun mənasız olduğunu görüb səsvermədə iştirakdan imtina etdi. Lakin ermənilərsiz də 48 ölkədən 38-i səslərini Azərbaycana verdilər. Ermənilər isə sonradan Avropa Olimpiya Komitəsinin təzyiqi altında Bakıya – Avropa Oyunlarında iştirak üçün gəlməyə razılaşdılar.

Beynəlxalq Qılıncoynatma Federasiyası məsələ ilə bağlı virtualaz.org-un sorğusuna cavab verib.

Bildirildiyinə görə, 2016-cı ildə Polşanın Torun şəhərində keçirilmiş konqresdə Azərbaycanı Yaşar Məmmədov və Fərhad Kazımov təmsil ediblər. Xatırladaq ki, məhz həmin konqresdə 2018-ci ildə 23 yaşa qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatının harada keçiriləcəyi məlum olub.

Hazırda Y.Məmmədov federasiyanın məsləhətçisi, F.Kazımov isə federasiyanın vitse-preidenti vəzifələrində çalışırlar.

2017-ci ildə Yaşar Məmmədov federasiyadan xaric edilmişdi və bu, qurumun əvvəlki preidenti Nazim İbrahimovla münaqişədə başlanğıc nöqtəsi olmuşdu. Lakin sonradan rusiyalı oliqarx Alişer Usmanovun dəstəyi ilə Y.Məmmədov federasiyanın rəhbərliyinə qayıtmışdı.

Azərbaycan nümayəmndə heyəti Torundakı konqresdə səsini Avropa çempionatının keçirilməsinə namizədliyini irəli sürmüş İsrailə deyil, Ermənistana verib.

Yeri gəlmişkən, Yaşar Məmmədov özü də “Facebook”dakı səhifəsində Torundakı konqresdən fotoşəkil paylaşıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3650
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.