!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nümayəndə heyəti İzmirdə: "Sevincimizlə taleyimiz birdir" - FOTOLAR

!Reklam – Yazi

Azərbaycanın Türkiyədəki nümayəndə heyəti İzmir şəhərində olub.

Yenicag.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Mətbuat Şurasının üzvləri Aqil Ələsgər, Elşad Eyvazlı, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin prezidenti Sevinc Orucova, Milli Qəhrəman Mübariz İbrahimovun komandiri İbrahim Məmmədov, şair Əkbər Qoşalı, müğənni Elnur Hüseynovdan ibarət nümayəndə heyəti İzmirdə bir sıra görüşlər keçirib.

Heyət Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq əlaqələrin dərinləşdirilməsi məqsədi ilə həyata keçirilən səfərdə İzmirdə yaşayan azərbaycanlılarla bir araya gəliblər.

Daha sonra şəhid ailələrini ziyarət edən nümayəndə heyəti tərəfindən birlik və həmrəylik mesajı verilib.

Vətən uğrunda canını fəda edən şəhidlər arasında heç bir fərq olmadığı vurğulanıb.

Daha sonra İzmirdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iftar süfrəsi arxasında bir araya gəlib.

Səfərin ikinci günündə İzmir valisi Yavuz Səlim Köşger tərəfindən qəbul edilən nümayəndə heyəti göstərdikləri diqqətə görə Valiyə təşəkkür edib. Görüş zamanı Azərbaycan və Türkiyə şəhərləri arasında mədəni əlaqələr müzakirə olunub. İzmirin əsrarəngiz gözəlliyindən danışan iştirakçılar Qubernator Köşgerə xatirə hədiyyəsi təqdim ediblər. Görüşün sonunda fotolar çəkilib.

Millət vəkili Qənirə Paşayeva açıqlamasında son illər türk dünyasında tarixi, iqtisadi, sosial, mədəni və hərbi əlaqələrin sürətlənməsindən məmnunluğunu ifadə edib. Paşayeva bildirib:

“Bütün türk dünyasını gəzirəm. Türk dünyasının Qazaxıstan, Türkmənistan, Özbəkistan kimi ölkələrindəki qardaş və bacılarımızda böyük bir oyanış görürəm. İndi türk dünyası oyanır. Bizi bir-birimizdən ayırmaq üçün oynanılan oyunları da bilirlər. Maarifləndirmə səviyyəsi yüksəlib, xüsusən də bu ölkələrdə gənclərimizlə bir araya gələndə türk dünyasına olan ümidlərim daha da artıb. Dünyanın yüksələn gücü artıq Türk Dövlətləri olacaq. ”

Səfərin məqsədi və Türkiyə ilə Azərbaycan arasındakı mövcud əlaqələr barədə açıqlama verən Aqil Ələsgər iki ölkənin regionda söz sahibi olduğunu vurğulayıb.

“Azərbaycanla Türkiyə arasında münasibətlərin, qardaşlıq və strateji tərəfdaşlığın dünyada bənzəri yoxdur”, – deyən Aqil Ələsgər sözlərini belə davam etdirib:

“Azərbaycan və Türkiyənin sevinci də, ağrısı da eynidir. 44 günlük müharibədə Türkiyə xalqı Azərbaycan kimi şəhidlərinin halına acıyıb, zəfərinə də sevinib.

Əsrin fəlakəti də Azərbaycanda böyük ağrı ilə qarşılandı. Azərbaycan xalqı qardaş ölkəyə köməyə tələsdi. Bu qarşılıqlı yardım Çanaqqala ruhunu, Qafqaz İslam Ordusu ideyasını təcəssüm etdirirdi”.

Azərbaycan və Türkiyənin regionda müəyyənedici güc olduğunu vurğulayan Aqil Ələsgər balansların iki qardaş ölkənin xeyrinə dəyişdiyini bildirib:

“Dövrün şərtləri və təzyiqlərinə görə iki ölkən bir-birinə kifayət qədər dəstək verə bilmir. Əlaqələr hazırda strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bununla bağlı irəliyə doğru addımlar atmaq lazımdır. Buna nail olmağın yolu dövlət və millətlər səviyyəsində əlaqələrin birlik və həmrəyliyini daha da möhkəmləndirməkdən keçir”.

www.yenicag.az

1171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv