!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nümayəndə heyətinin erməni icması ilə GÖRÜŞÜ: "Danışıqlar müsbət nəticələr verməsə..." - ŞƏRH

!Reklam – Yazi

“Erməni icması ilə kontaktın yaranması yaxşı haldır, əgər danışıqlar müsbət nəticələr verməsə, hərb yolu daimi olaraq gündəmdədir”.

Bu fikri Xocalıda erməni icması ilə Azərbaycan nümayəndə heyətinin görüşməsi və bu ərəfədə Arayik Arutyunyanın separatçı bəyanatlarını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, erməni icmasının Azərbaycanla danışıq aparmaqdan başqa şansı yoxdur:

“Lavrovun Bakı səfəri haqqında mətbuata açıqlanandan başqa əlimizdə informasiya yoxdur. Ona görə də bu barədə çox danışmaq olmur. Lavrov da bilir ki, Azərbaycanı itirə bilərlər. Baxmayaraq ki, iki ölkə arasında strateji tərəfdaşlıq sazişi var. Lavrovun gedişindən dərhal sonra erməni icması ilə Azərbaycan tərəfi görüş keçirdi. Arayik Arutyunyanın sərt açıqlama verməsi gözlənilən idi. O, ictimaiyyəti sakitləşdirməyə çalışır. Paşinyan açıq bəyan etmişdi ki, keçmiş Dağlıq Qarabağ Azərbaycan ərazisidir.

Ermənistan Azərbaycan sərhədinə Avropa İttifaqının mümayəndə heyətini cəlb edib. Onlar beynəlxalq aləmə göstərmək istəyirlər ki, Azərbaycan atəşkəsi pozur. Azərbaycan tərəfi atəşkəsi pozmasa belə, onlar bunu deməkdən əl çəkmirlər. Məqsəd Azərbaycanı beynəlxalq aləmin dilinə salmaqdır. Bu axıra qədər belə davam edə bilməz. Erməni icması ilə Azərbaycan tərəfinin danışıqlara başlaması yaxşı bir addımdır. Onlar da başa düşür ki, Azərbaycan tərəfinə həm hərbi, həm də siyasi baxımdan uduzublar.

Erməni tərəfi gözəl bilir ki, dirənişlə heç bir nailiyyət əldə edə bilməyəcəklər. Onlar görüşə gəlməyə məcbur idilər. Görünür, Rusiya tərəfindən onlara təzyiq olunub ki, görüşlər keçirilsin.

Bu görüşü müsbət qiymətləndirirəm. Əgər danışıqlar baş tutmasa, erməni tərəfi gözəl bilir ki, Azərbaycan ordusu o əraziləri güc yolu ilə boşaldacaq”.

Səxavət Məmməd

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv