!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan nümayəndələri heç bir halda separatçı rejimin təmsilçiləri ilə görüşməyiblər axı...” – ŞƏRH

!Reklam – Yazi

“Belə bir şəraitdə Qarabağ erməniləri ilə görüş baş tutubsa, bu, rəsmi Bakının aktivinə yazılmalıdır”.

Bu fikirləri Azərbaycanın rəsmi şəxslərinin Qarabağ ermənilərinin nümayəndələri ilə baş tutan görüşünə yönəlik müəyyən tənqidi yanaşmaların əsassız olduğunu vurğulayan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu prosesin bu məcrada necə davam edəcəyi Qarabağ ermənilərinin davranışlarından asılı olacaq:

“Azərbaycan dövlətinin bu məqsəd üçün təyin olunmuş rəsmi şəxsinin keçmiş Dağlıq Qarabağ, indiki Qarabağ bölgəmizdə yaşayan erməni əhalinin təmsilçiləri ilə görüş keçirməsinin müsbət hal olduğunu görməmək, yumşaq desək, təəssüf doğurur. O baxımdan, sosial şəbəkələrdə bu hadisəni guya Azərbaycan dövlətinin separatçılarla danışığa getməsi kimi təqdim olunması siyasi savadsızlıqdır.

Gəlin bir anlıq təsəvvür edək ki, təqvimdə 2000-ci illərin əvvəlləridir və Azərbaycan Qarabağ münaqişəsini hələ hərbi yolla etməyib. Məgər o zamanlar demirdikmi ki, münaqişə aradan qaldırıldıqdan sonra Azərbaycanın suverenliyini tanıyan ermənilərin Qarabağda yaşamalarına şərait yaradılacaq? Əlbəttə, deyirdik.

Əslində, Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm zəfərdən sonra Qarabağ ermənilərinin nümayəndələri ilə təmas qurması ən təbii və məntiqli haldır. Bildiyiniz kimi, hazırda Ermənistandan və separatçı rejimdən başqa, xaricdə də xeyli mərkəzlər var ki, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının qarşısını almağa çalışırlar.

Belə bir şəraitdə Qarabağ erməniləri ilə görüş baş tutubsa, bu, rəsmi Bakının aktivinə yazılmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan nümayəndələri heç bir halda separatçı rejimin təmsilçiləri ilə görüşməyiblər. Təmas qurulanlar hər halda, Azərbaycanın suverenliyini qəbul etməyə meyillənən şəxslərdir. Bu prosesin davamının necə olacağı maraqlıdır. Hesab edirəm ki, prosesin bu məcrada necə davam edəcəyi Qarabağ ermənilərinin davranışlarından asılı olacaq. Məncə, onlar ilk görüşdən sonra reallığı düzgün qiymətləndirmək üzərində düşünəcəklər”.

A.Zeynalov

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv