Azərbaycan ordusu “İQLA”dan atəş açdı – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilən Hava hücumundan müdafiə (HHM) bölmələrinin taktiki təlimlərində “İQLA” daşınan zenit-raket komplekslərindən döyüş atışları icra edilib.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.