!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan Ordusu Zəngəzuru qaytarmalıdır" - MÖVQE

!Reklam – Yazi

“Azərbaycan Ordusu Zəngəzuru götürməlidir”.

Bu sözləri Rusiya xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarovanın ABŞ-nin Qarabağ ermənilərini Azərbaycanla təmasa keçməyə təşviq etməsini dilə gətirməsini və dünən sərhəddə baş verən insidenti dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan antiterror əməliyyatları keçirməlidir:

“ABŞ son dövrlər vasitəçilərsiz problemin həllinə üstünlük verdiyini hər iki tərəfə bəyan edib. Eyni zamanda Rusiyanın Cənubi Qafqazda qalmasında ABŞ maraqlı deyil. Ermənistana da bildirlib ki, ortaya mövqe qoyun. Ermənistanın bir sıra şirkətləri Rusiya ilə iş birliyində olduğuna görə sanksiyaya məruz qaldılar. Zaxarovanın dediyində qeyri-adi heç nə yoxdur. Onun sözlərindən belə çıxır ki, Rusiya problemin həllində maraqlı deyil”.

Sərhəddə baş verənlərə gəldikdə isə partiya sədri bunları deyib:

“Heç bir yenilik yoxdur. Ermənistanla bu məsələlər dinc, danışıq yolu ilə həll olunmayacaq. Problemin həlli antiterror əməliyyatlarından, toqquşmadan keçir. Bununla bağlı Azərbaycan Prezidenti açıq-aşkar mesaj verdi. Prezident bəyan etdi ki, bir addım geri çiklməyəcəyik. Toqquşmanın daha böyük miqyas almasına hazır olmalıyıq. Eyni zamanda hücum əməliyyatları keçirməliyik. Cəmiyyətimizdə tarixi torpaqlar iddiası ilə bağlı yanlış mövqe var. Bu mövqedən geri çəkilməliyik. Cəmiyyət olaraq, dövlət olaraq bəyan etməliyik ki, tarixi torpaqlarımız var. Zamanında ruslar torpaqlarımızı ermənilərə hədiyyə verib. Onlar geri qayıtmalıdır. Heç olmasa, tampon bölgə yaradılmalıdır. Azərbaycan Ordusu irəli getməlidir. Zəngəzuru götürməliyik. Bunu hakimiyyət də, müxalifət də deməlidir. Biz o torpaqları qaytarmalıyıq. Çəkingən mövqeyimizdən əl şəkib istəkli olmalıyıq. Azərbaycanda tək prezident yox, yerdə qalan hamı bunu deməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv