!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusundan antiterror əməliyyatı - Şəhidimizin qisası alındı

!Reklam – Yazi

Azərbaycan Ordusu bu gün keçirdiyi antiterror tədbirləri ilə şəhidimizin qisasını alıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib.

Terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfində ölən və yaralananlar var.

Son günlər baş verənlər, eləcə də Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə dəlalət edirdi. Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Laçın dəhlizi ilə bağlı Ermənistan ərazisi haqda danışırmış kimi açıqlamalar verirdi.

Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv