!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusunun daha bir əsgəri intihar etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Telman Məhəmməd oğlu Əyyubovun odlu silahdan atəş açmaqla özünü öldürməsi ilə bağlı Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə prokurorluqdan verilən məlumatda deyilir.

Qeyd olunur ki, fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

***

16:02

Azərbaycan Ordusunun daha bir əsgəri intihar edib.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü əsgər Telman Məhəmməd oğlu Eyyubov Laçında özünü asaraq intihar edib.

Onun Qazax rayonu Daş Salahlı kənd sakini olduğu bildirilib.

Qeyd edək ki, bundan öncə Hərbi Prokurorluq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İlkin Elbrus oğlu Ələkbərovun odlu silahdan atəş açaraq, özünü öldürməsi barədə məlumat yayıb.

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv