Azərbaycan ordusunun hərbi paradı – FOTOLAR

Azərbaycan ordusu hərbi parad keçirir.

Yenicag.az xəbər verir ki, paradda hərbi texnikalar nümayiş etdirilir.

Hərbi paradı izləməyə minlərlə insan gəlib. Onların arasında uşaqlar, yaşlılar, turistlər də var və hər kəs hərbi texnikaları alqışlarla qarşılayıb.

Parad zamanı insanlar yollara çıxmağa da cəhd edib. Ən maraqlı məqam isə, helikopterlərin və qırıcıların dövrə vurması zamanı olub. Yol kənarına düzülmüş insanlar Xəzər dənizi sahilinə qaçıb, qırıcı və helikopterlərin manevrlərini izləyiblər.

Qırıcı təyyarələrin Azərbaycan bayrağını səmaya çizməsi isə bəzi vətəndaşların gözyaşlarına səbəb olub.

Havanın isti olması və bəzi yolların bağlı olması insanların bu paradı izləməyə gəlməsinə mane olmayıb. Bu isə insanların orduya sevgisinin bariz nümunəsidir.

Səxavət Məmməd
Fotolar: Emin Yakup