!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olundu - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub.

Yenicag.az-ın məlumatına görə, şəhid anadan olduğu Xətai kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

***

10:18

Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə ilə Ağstafa rayonunda vida mərasimi keçirilir.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, mərasim şəhidin doğulduğu Xətai kəndində, ailəsinin evində keçirilir.

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv