Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi şərəfinə xüsusi medal təsis olunur.
Yenicag.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı prezidentin təqdimatı ilə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif edilib.
Layihəyə əsasən qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 30-da müzakirəyə çıxarılacaq.