!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan ordusunun son addımları Ermənistandakı revanşist qüvvələr üçün...” – ŞƏRH

!Reklam – Yazi

“Ordumuzun bu addımları Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin artırılmasına xidmət edən tədbirlərdir”.

Bu fikirləri Azərbaycan ordusunun Ermənistanla sərhəddə və təmas zonasında həyata keçirdiyi son tədbirlərin bölgədəki vəziyyətə mümkün təsirini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu, Ermənistandakı revanşist qüvvələr üçün növbəti xəbərdarlıqdır:

“Qeyd edim ki, Azərbaycanın böyük qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın əl atdığı bütün hərbi və siyasi xarakterli təxribatlar onun özünə qarşı çevrilib. O baxımdan, 2020-ci ilin noyabrından sonra Ermənistanın istər sərhəddə, istərsə də təmas xəttində yaratdığı gərginliklərdən sonra Azərbaycan ordusu hər dəfə yeni mövqeləri nəzarətə götürüb.

Ordumuzun bu addımları, əlbəttə ki, ilk övbədə Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin artırılmasına xidmət edən tədbirlərdir. Eyni zamanda yeni mövqelərin nəzarətə götürülməsi həm də Ermənistandakı revanşist qüvvələr üçün növbəti xəbərdarlıq kimi qəbul edilə bilər.

Digər tərəfdən, bu tədbirlər məcburi köçkünlərimizin işğaldan azad olunmuş ərazilərə təhlükəsiz dönüşünün və orada məskunlaşmasının təmin olunması baxımından da, çox mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, bu addımlar həmin ərazilərin iqtisadi inkişafı üçün tələb olunan şərtlərin təmin olunmasına yol açır”.

A.Zeynalov

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv