Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycan Ordusunun uğurlu əməliyyatları davam edir” - Səxavət Məmməd cəbhədən xəbər verir

“Artilleriya zərbələri nəticəsində düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib”.

Bunu döyüş bölgəsində noyabrın 6-sı saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, Azərbaycan Ordusu uğurlu əməliyyatlarını davam etdirir:

“Düşmən dünən axşam və bu gün səhər saatlarında Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini atəşə tutub. Nəticədə müəyyən dağıntılar olsa da, mülki vətəndaşlar arasında itki olmayıb.

Azərbaycan artilleriyası ermənilərin bu hücumunu cavabsız qoymayıb və düşmən mövqelərinə ağır zərbələr endirərək, atəş nöqtələrini susdurub. Artilleriya zərbələri nəticəsində düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib.

Hazırda intensiv döyüşlər davam edir. Cəbhənin cənub istiqamətində Azərbaycan Ordusu effektli əməliyyatlar həyata keçirir. Düşmənə şimal istiqamətində də fəallaşmağa imkan verilmir. Ermənilər çox ciddi təminat və canlı qüvvə çatışmazlığı ilə üzləşiblər. Düşmənin hərbi texnikasının əhəmiyyətli hissəsi Ordumuz tərəfindən məhv edilib.

Bütün cəbhə boyu təşəbbüs tamamilə Azərbaycan Ordusunun nəzarətindədir”.

Gülşən Şərif

www.yenicag.az

494