!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan ordusunun Xankəndiyə daxil olması radikal xarakter daşımır" - Politoloq

!Reklam – Yazi

“Təhlükəsizliyi təmin etmək, bölgədə olan qanunsuz hərbi birləşmələri Azərbaycandan çıxarmaq, asayişi təmin etmək üçün ordunun və DİN-in xidmətlərindən istifadə oluna bilər”.

Bunu rusiyalı politoloq Sergey Markovun Azərbaycanın 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmayacağı ilə bağlı proqnozunu dəyərləndirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycan ordusunun Xankəndiyə daxil olması radikal xarakter daşımır:

“Rusiya sülhməramlılarının fəaliyyəti müvəqqəti xarakter daşıyır. Media seqmentində dəfələrlə sülhməramlıların fəaliyyətilə bağlı xəbərlər paylaşılıb. Hər zaman rəsmi şəxslər kontingentin fəaliyyətini şərh edərkən “müvəqqəti” sözünü işlədib. Sergey Markovun da söylədiyi kimi, 2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmayacaq.

2020-ci il noyabrın 10-da imzalanmış bəyanata görə, beşinci ilin sonuna altı ay qalmış tərəflərdən birinin bu barədə prolonqasiya etməməklə bağlı fikirləri olmalıdır. Daha sonra məsələyə baxıla bilər.

Üçtərəfli bəyanatın dördüncü maddəsi hələ də yerinə yetirilməyib. Bölgədə separatçılar, qanunsuz hərbi birləşmələr hələ də mövcuddur. Azərbaycan ordusunun Xankəndiyə daxil olması radikal xarakter daşımır. Təhlükəsizliyi təmin etmək, bölgədə olan qanunsuz hərbi birləşmələri Azərbaycandan çıxarmaq, asayişi təmin etmək üçün ordunun və DİN-in xidmətlərindən istifadə oluna bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv