!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan ordusunun yenidən formalaşdırılması: "Başlanğıcda müəyyən problemlər ortaya çıxsa da, indiki məqamda..."

!Reklam – Yazi

“Komando briqadalarını yaratmaq, onları formalaşdırmaq və qısa zamanda nəticə əldə etmək asan məsələ deyil”.

Bu sözləri müharibədən sonrakı dövrdə Azərbaycan ordusunun formalaşması, Türkiyə ordu modelinə keçidin hazırkı səviyyəsini dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, ordunun döyüş hazırlığı yüksək səviyyədədir:

“Azərbaycan ordusunun uğurlu nəticələri göz qabağındadır. Son zamanlar Azərbaycan ordusu xeyli sayda nailiyyətlər əldə edib. Bu onu göstərir ki, Azərbaycan ordusu Türkiyə ordu modelinə keçidi, demək olar, yekunlaşdırmaq üzrədir. Döyüş hazırlığı yüksək səviyyədədir.

Əvvəllər korpuslar Müdafiə Nazirliyinə tabe idi və nazirlikdən idarə olunurdu. Müharibə zamanı göründü ki, Quru Qoşunları komandanlığının yaradılması çox vacibdir. Türkiyə modelinə keçməklə də Quru Qoşunları komandanlığı yaradıldı. Bütün birliklər və birləşmələr Quru Qoşunlarına tabedir. Quru Qoşunlarının tərkibində komando briqadaları yaradılması və onları formalaşdırmaq da asan məsələ deyil. Buna uzun müddət vaxt tələb olunurdu. Ancaq Azərbaycan ordusu qısa müddətdə bunu bacara bildi. Artıq mərkəzləşmiş idarəetmə mövcuddur.

Quru Qoşunlarına general-leytenant Ənvər Əfəndiyev rəhbər təyin edildi. Həmin post stratejidir. Başlanğıcda müəyyən problemlər ortaya çıxsa da, indiki məqamda görürük ki, idarəetmə və formalaşma nəticə verib.

Ordunun formalaşması ilə yanaşı, müasir silahlarla təmin edilməsi də həyata keçirilir. Bunu Ermənistan və havadarları da görür. Laçın dəhlizinin nəzarətə götürülməsi, ondan əvvəlki yüksəkliklərin itkisiz əldə edilməsi onu deməyə əsas verir ki, ordu tam hazırlıqlı idi.

Hesab edirəm ki, bundan sonrakı mərhələdə də Azərbaycan ordusu Qarabağda uğurlu əməliyyatlar apara bilər. Döyüş hazırlığı yüksək səviyyədədir.

Uğurlu nəticələr olduqca çatışmazlıqlar da arxa plana keçir. Deyə bilmərik ki, problemlər yoxdur. Əlbəttə var. Ancaq uğurlu nəticələr problemləri kölgədə qoyur. Ümid edirəm ki, çatışmazlıqlar da aradan qaldırılar”.

Səxavət Məmməd

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv