Azərbaycan ordusunun zabiti vəfat etdi – SƏBƏB/YENİLƏNİB

Hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyə edilərkən o, yolda keçinib.

Həkimlərin ilkin ehtimalına görə hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Qeyd edək ki, A. Məlikzadə yazıçı İsi Məlikzadənin nəvəsidir.

17:22

***

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Məlikzadə Abbas Saleh oğlu dünyasını dəyişib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, “N” saylı hərbi hissənin artilleriya divizionunun rəisi, kapitan Abbas Məlikzadə səhər yuxudan ayılmayıb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı kapitanın vəfat xəbərini təsdiq edib.

Səxavət Məmməd