!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan öz öhdəliyini yerinə yetirdi, növbə Ermənistanındır" - ŞƏRH

!Reklam – Yazi

“Zəngəzur dəhlizi açılmalıdır. O dəhliz Ermənistan üçün də sərfəlidir, ancaq bunu niyə ləngidirlər, başa düşmək olmur”.

Bu sözləri Prezident İlham Əliyevin Ermənistanın Naxçıvana yol verməməsini anlaşılmaz adlandırması və gec-tez o yolun açılacağını deməsinə münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Ermənistan əgər inkişaf etmək istəyirsə, o yolu verməlidir:

“2020-ci il 10 noyabrda üçtərəfli bəyanat imzalandı və həmin bəyanata təminatçı Rusiya dövləti oldu. Bəyanatdakı bəndlərdən biri kommunikasiya xətlərinin açılması ilə bağlı idi. Azərbaycan öz öhdəliyini yerinə yetirərək Laçın dəhlizinə yol çəkdi və ermənilər yaşayan hissə ilə Ermənistanın əlaqəsini təmin etdi. Söz artıq Ermənistandadır.

Zəngəzur dəhlizi deyəndə, burada təkcə Azərbaycandan söhbət getmir. Bu dəhliz region dövlətləri üçün maraqlıdır. Həmin dəhliz Rusiya ilə Suriya arasındakı quru yolu təmin edir, bir qurşaq – bir yol Çin layihəsi var, o layihə Çinlə Avropanı birləşdirməyə köməklik edəcək. Bu yol həm də türkdilli dövlətlərin bir-biri ilə inteqrasiyasına gətirib çıxaracaq.

Avropa İttifaqı da maraqlıdır ki, bu yola çılsın və Ermənistan özü də iqtisadi blokadan, ən əsas isə Rusiyanın asılılığından çıxsın. Dərindən baxanda, o yol həm Ermənistana, həm Rusiyaya xeyir edir.

Gürcüstan bu yoldan narahat ola bilər. Çünki neytral vəziyyətdə qalacaq. Gürcüstanla əlaqədar isə 3+3 platforması var və burada Gürcüstanın öz yeri var. Rusiya ilə Gürcüstan arasında da istiləşmə var. Rusiya ilə Ukrayna müharibəsi Gürcüstanla Rusiya münasibətlərində irəliləyiş yaratdı. Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmadı.

Ermənistan o yolu açmalıdır. Əvvəla öhdəlik götürüb, digər tərəfdən də təminatçı Rusiyadır. Rusiya kommunikasiyanın açılmasına töhfə verməlidir. Burada istəməyən digər dövlət isə İrandır. Hansı dövlətin nə istəməyindən asılı olmayaraq proses getməlidir və yol açılmalıdır. Əgər o yol açılmasa, Ermənistan
daha pis vəziyyətə düşəcək, Azərbaycan, Türkiyə və Rusiya tərəfdən başqa münasibətlərə məruz qalacaq”.

Səxavət Məmməd

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv